Çoxlu insanın olduğu əyləncə attraksionu aşıb | VİDEO

Çoxlu insanın olduğu əyləncə attraksionu aşıb  |   VİDEO
  31 İyul 2025    Oxunub:768
Səudiyyə Ərəbistanında əyləncə parkında “360 dərəcə” attraksionu içərisindəki insanlarla birlikdə yerə çırpılıb.
AzVision.az xəbər verir ki, fövqəladə hadisə Səudiyyə Krallığının Taif şəhərindəki “Yaşıl Dağ” parkında baş verib. Orada işləyən attraksionun mərkəzi dayağı parçalanaraq onun ikiyə qatlanmasına və insanlarla birlikdə yerə yıxılmasına səbəb olub.

Ən azı 23 nəfər xəsarət alıb, onlardan bir neçəsi ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Yerli mətbuatın məlumatına görə, hadisəyə səbəb attraksionda yaranan nasazlıq olub.



Sahil İsgəndərov
AzVision.az


Teqlər: Səudiyyə   attraksion   qəza  



Xəbər lenti